Accessibility links

İran hökuməti Qərbin onun nüvə proqramına qarşı sanksiyalar tətbiq etdiri təqdirdə Hörmüz boğazından neft daşınmasının qarşısını almaqla hədələyib. İranın Hərbi-Dəniz Donanmasının başçısı bu gün televiziya ilə çıxışı zamanı körfəzin istənilən vaxt bağlanıla biləcəyini, lakin hal-hazırda buna ehtiyac olmadığını deyib. Ordu başçısının bu açıqlaması İranın vitse-prezidenti Məhəmməd Reza Rəhiminin İran neftinə sanksiya qoyularsa, heç bir ölkənin neftinin Hörmüz körfəzindən keçməcəyəyini deməsindən bir gün sonraya təsadüf edir. Cənab Rəhimiyə istinad edən İranın rəsmi İRNA xəbər agentliyi İranın düşmənçilik etmək istəmədiyini, lakin Qərbin öz "məkrli planlarından" əl çəkmədiyini bildirib.

ABŞ ordusu Hörmüz boğazından nəqliyyata mane olunmasını qəbul etməyəcəyini bildirib. Bəhreyndə yerləşən 5-cı Dəniz qüvvələrinin sözçüsü leytenant Rebekka Rebarix bildirib ki, ABŞ naviqasiya azadlığının təmin edilməsi üçün əks tədbirlərə əl ata bilər.

XS
SM
MD
LG