Accessibility links

Akif Çovdarov barəsində məhkəmə hökmü dəyişdirilib, 30 milyon manat dəyərində əmlakın qaytarıldığı bildirilir


Akif Çovdarov (Rəsmi foto, mənbə keçmiş MTN)
Akif Çovdarov (Rəsmi foto, mənbə keçmiş MTN)

Bakı Apellyasiya Məhkəməsi dekabrın 28-də hakim Habil Məmmədovun sədrliyil ilə keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov və bu idarənin keçmiş əməkdaşı Səlim Məmmədovla bağlı birinci instansiya məhkəməsinin hökmünü və qərarını dəyişdirib.

Bu barədə Amerikanın Səsinə Bakı Apellyasiya Məhkəməsinin Çağrı Mərkəzindən bildiriblər.

“Apellyasiya Məhkəməsinin qərarının detalları ilə bağlı məlumat verilməsinə rəhbərlik icazə vermir. Bu məlumatlar yalnız ittiham olunan və zərərçəkən şəxslərə, onların vəkillərinə verilir”, Çağrı Mərkəzinin əməkdaşı qeyd edib.

Öz növbəsində Baş Prokurorluğun Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Apellyasiya Məhkəməsinin qərarından protest verilməsi ilə bağlı hazırda mətbuat xidmətinin hər hansı açıqlaması yoxdur.

Yerli mediada ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun və bu idarənin keçmiş əməkdaşı Səlim Məmmədovun ailəsinə məxsus məhkəmənin qərarı ilə müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə detallı məlumatlar yayılıb.

Birinci instansiya məhkəməsinin hökmünə görə, Akif Çovdarov və ailəsinə məxsus əmlakın ümumi dəyəri 3o milyon manat qiymətləndirilib. Burada söhbət çoxsaylı villalardan, bağ evlərindən, mənzillərdən, çoxmərtəbəbli binlardan, meyvə-tərəvəz bazarından, obyektlərdən, hektarlarla torpaq sahələrindən söhbət gedir.

Baş Prokurorluğun 2015-ci ildə "MTN işi" ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

2017-ci il iyulun 3-də Baş Prokurorluğun əməliyyat müşavirəsində keçmiş Baş prokuror Zakir Qaralov bildirib ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə isə Səlim Məmmədov azadlığa buraxılıb.

2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG