Accessibility links

Bəxtiyar Hacıyev 17 gündür aclığı davam etdirir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 17 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Yanvarın 25-də vəkillər Nemət Kərimli və Rövşanə Rəhimli təxridxanada Bəxtiyar Hacıyevlə görüşüb.

Görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, Hacıyev aclığı davam etdirir və sonadək davam etdirmək niyyətindədir.

Nemət Kərimli: Bəxtiyar Hacıyevin başgicəllənmələri artıb
please wait

No media source currently available

0:00 0:01:07 0:00

“Bu gün vəziyyəti dünənkinə nisbətən xeyli pisləşib. Dünən axşamdan başlayaraq başgicəllənmələri bir qədər də artıb, ümumi halsızlıq halları çoxalıb. Düzdür, nəbzində, qan təzyiqində normallıq var, amma başgicəllənmələri dünən axşam çox olub, ayağa qalxanda yıxılma vəziyyətində olub. Həkim bildirib ki, bu hallar beyinin qanla zəif qidalanmasından baş verə bilər.”

Vəkilin sözlərinə görə, Hacıyev Penitensiar Xidmətə maqnit rezonans tomoqrafiyası və kompüter tomoqrafiyasından keçirilməsi ilə bağlı müraciət edib və onun müraciətinə hələ cavab verilməyib.

Kərimli deyib ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində saxlanılır.

“Həkim gündə bir dəfə onun qan təzyiqini, şəkərin miqdarını və nəbzini ölçür.”

Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyevə qidalandırcı sistem köçürülmür.

Vəkil Rövşanə Rəhimli deyib ki, yanvarın 24-də Bəxtiyar Hacıyevin səhhəti qəfil pisləşib.

“Baş gicəllənməsindən sonra nəfəs darlığı olub və kəskin əzələ ağrıları hiss edib. Həkimin dediyinə görə Bəxtiyarın səhhətindəki problem beyinlə əlaqəlidir və çox güman ki, beyində proseslər gedir. Hacıyev bu gün kimmputer tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası və elektorkardioqramma müayinəsindən keçmək üçün rəsmi müraciət edib”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 17 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə də 14 gün aclıq edib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq”, o qeyd edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyev barəsində müstəntıqin vəsatəti əsaında həbs qətimkan tədbirinin fevralın 28-dək uzadılması barədə Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxacaq.

Vəkillər məhkəmənin şikayəti təmin edəcəyinə və Hacıyerin azadlığa buraxılacağına ümid edir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG