Accessibility links

İstintaq 19 vəzifəli şəxsin 169 halda rüşvət aldığını müəyyən edib


Azərbayacnın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi külli miqdarda rüşvətdə günahlandırılan Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX), rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin və bələdiyyə sədrlərinin barəsində cinayət işinin istintaqını yekunlaşdırıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, istintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin xidmətin vəzifəli şəxslərinin, bələdiyyə sədrlərinin digər şəxslərlə qabaqcadan əlbir olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri, Sumqayıt bələdiyyəsinin şöbə müdiri, Kürdəmir Rayon İcra Hakimiyyəti şöbə müdirinin müavinidir.

Baş Prokurorluq bildirir ki, yuxarıdakı şəxslər Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XS
SM
MD
LG