Accessibility links

Baş Prokurorluq Akif Çovdarovun əmlakının müsadirədən azad olunması barədə məhkəmə qərarından kassasiya protesti verib


Baş Prokurorluq
Baş Prokurorluq

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti yerli medianın sorğusuna cavabda bildirib.

2022-ci ilin dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklarnın geri qaytarılması barədə qərar qəbul edib.

Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır.

Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur. Geri qaytarılan əmlaklara çoxsaylı evlər, villalar, bağ evləri, çoxmərtəbəli binalar, obyektlər, torpaq sahələri, meyvə-tərəvəz bazarı daxildir.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG