Accessibility links

Azərbaycan Rumıniyaya qaz tədarükünə başlayır


Dekabrın 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Romgaz S.A.” arasında Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb.

SOCAR-ın məlumatında deyilir ki, müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

“Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edən müqavilə ölkəmizin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qaz tədarükünün şaxələndirilməsi üzrə strateji hədəflərinə xidmət edir”, məlumatda qeyd edilir.

Rumıniyaya qaz tədarükünə dair müqavilə 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində imzalanıb.

SOCAR bildirir ki, memorandumun əsas məqsədlərindən biri Avropa İttifaqına təbii qaz tədarükünü artırmaq və enerji təhlükəsizliyinə töhfə verməkdir.

Memorandum imzalanarkən Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib ki, Azərbaycandan qaz ixracı iki dəfə artırılacaq.

“Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək", o qeyd edib.

Mövzuya uyğun

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG