Accessibility links

Ceyms Uorlik: 2014-cü ildə Dağlıq Qarabağ nizamlanmasında “ziddiyyətli addımlar”


Ceyms Uorlik
Ceyms Uorlik

Bazeldə ATƏT Nazirlər Şurası iclasının mətbuat mərkəzində jurnalistlərə müsahibə verən Qarabağ münaqişəsinin nizamlanmasıüzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik başa çatmaqda olan ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri “ziddiyyətli addımlar” adlandırıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

“Həmin il ərzində biz danışıqlar prosesində böyük irliləyişin şahidi olduq - Azərbaycan və Ermənistan prezidentləri üç dəfə görüşüblər və münaqişənin tənzimlənməsi üçün möhkəm dialoqun təmin edilməsi üzrə səy göstəriblər. Amma, bununla belə, biz geriyə doğru atılmış addımların da şahidi olduq”, deyə Uorlik bildirib.

Amerikalı həmsədr iyulun sonlarında təmas xəttində hər iki tərəfdən insan tələfatına səbəb olmuş gərginliyin artmasını, habelə Ermənistana məxsus hərbi helikopterin məhv edilməsini geriyə doğru addım adlandırıb.

Yaranmış vəziyyətdə Ceyms Uorlik prezidentlərin ikitərəfli formatda görüşlərini davam etdirməyi vacib sayır.

“Biz həmsədrlər kimi belə görüşlərin keçirilməsinə dəstək göstərməyə hazırıq”, deyən Uorlik Paris görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin nikbin olduğunu qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG