Accessibility links

Britaniya Rusiyanın Ukraynada irəliliyiş üçün “keyfiyyətli qüvvələrə” malik olmadığını bildirib


Ukrayna hərbçiləri Xarkiv vilayətində cəbhə xəttinə yaxın ərazidə Rusiya tankını təmir edirlər, 26 noyabr, 2022.
Ukrayna hərbçiləri Xarkiv vilayətində cəbhə xəttinə yaxın ərazidə Rusiya tankını təmir edirlər, 26 noyabr, 2022.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, həm Rusiya, həm də Ukrayna cənub-mərkəzi Donetsk vilayətində Ukraynanın Pavlivka və Vuhledar şəhərləri ətrafındakı əraziyə “əhəmiyyətli sayda qüvvə” yerləşdirib.

Nazirlik bazar günü Twitter sosial şəbəkəsində yerləşdirilmiş kəşfiyyat məlumatında ərazinin “çox az hissəsində nəzarətin dəyişməsinə baxmayaraq, son iki həftə ərzində şiddətli döyüşlərə səhnə olduğunu” bildirib.

Britaniya Müdafiə Nazirliyi bu ərazinin “mübahisəli” olaraq qalacağını bildirib, belə ki, “Rusiya bu ərazinin Ukraynanın nəzarətində olan Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək üçün gələcəkdə şimala doğru irəliləyiş üçün başlanğıc nöqtəsi kimi potensiala malik olduğunu hesab edir”.

Bununla belə, nazirlik “Rusiyanın əməliyyatda irəliləyiş əldə etmək üçün kifayət qədər keyfiyyətli qüvvələr cəmləşdirə bilməyəcəyini” qeyd edərək, Moskvanın bu məqsədi reallaşdırmaq şanslarının zəif olduğunu bildirib.

Bu arada, Rusiyanın son hücumundan sonra Ukraynada elektrik şəbəkəsinin təmiri ilə bağlı işlər davam edir.

Prezident Zelenski şənbə günü axşam video müraciətində milyonlarla insanın hələ də elektrik işığı olmadan qaldığını bildirib.

Ukraynanın ən böyük özəl enerji tədarük şirkətinin filialı olan YASNO şirkətinin baş icraçı direktoru Sergey Kovalenko Kyivdə vəziyyətin yaxşılaşdığını və sakinlərin əksəriyyətinin gündə ən azı dörd saat elektrik enerjisi ilə təmin olunduğunu bildirib.

Hamı elektrik enerjisi ilə təmin olunmasa da, Kyiv meri Vitali Kliçko bütün şəhərdə su təchizatının bərpa olunuduğunu bildirib.

Ukraynanın cənubunda Xerson şəhərində də Rusiyanın şəhərə bir neçə nəfərin ölümü və elektrik infrastrukturunun zədələnməsi ilə nəticələnmiş son hücumundan sonra elektrik enerjisi bərpa edilib.

Bir çox insan rəsmilərin tövsiyəsi əsasənda Xerson şəhərini tərk edərək, Ukraynanın daha təhlükəsiz bölgələrinə gedirlər.

Ukrayna hücumların açıq şəkildə mülki şəxslərə zərər vermək məqsədi daşıyaraq, müharibə cinayəti olduğunu bildirib. Rusiya isə yalnız hərbi infrastrukturu hədəf aldığını bildirib və elektrik enerjisinin kəsilməsinə görə məsuliyyəti Kyivin üzərinə atıb.

Kyivdə bazar günü güclü qar yağacağı və havanın temperaturunun gün ərzində mənfi səviyyədə olacağı gözlənilir. Ukrayna ərazisinin əksər hissəsi üçün hava proqnozunun yaxın günlərdə eyni qalacağı deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG