Accessibility links

İranın Azərbaycandakı səfirliyinə nota göndərilib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı səfirliyinə nota göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.

"Azərbaycanın ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir," Hacızadə vurğulayıb.

Ötən günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb.

İranın Azərbaycandakı Səfirliyi Azərbaycan Xarici İşlər Nazirliynin notasına hələ cavab verməyib. Amerikanın Səsinin müxbirinin İranın Bakıdakı Səfirliynə telefon zəngi də cavabsız qalıb.

İran-Azərbaycan münasibətlərində gərginlik arıq iki aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.

Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib.

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib ki, İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlindən gələni edəcək.

Prezident Əliyev İran-Azərbaycan sərhədində oktyabr-noyabr aylarında əvvəlcə İranın, sonra isə Azərbaycanın hərbi təlimlər keçirdiyinə işarə edərək deyib ki, Azərbaycan İran ilə sərhəddə hərbi təlimlər keçirməli olub ki, onlardan qorxmadığını nümayiş etdirsin.

"Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi," o deyib və əlavə edib ki, rəsmi Bakı İranın hərəkətlərinə cavab vermək iqtidarındadır.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG