Accessibility links

Azərbaycan Xəzərin ekoloji problemlərinin öyrənilməsi üçün ekspert qrupunun yaradılmasını təklif edib


Xəzəryanı ölkələrin Bakı konfransı (Rəsmi foto)
Xəzəryanı ölkələrin Bakı konfransı (Rəsmi foto)

Oktyabrın 19- 21 tarixlərində Bakı şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın 6-cı Tərəflər Konfransı keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, konfransda Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət qurumlarının, həmçinin BMT-nin Ətraf Mühit Proqramının yüksək səviyyəli nümayəndələri iştirak edib.

Məlumatda deyilir ki, 6-cı Tərəflər Konfransı Xəzəryanı dövlətlərin əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verib və bu əməkdaşlığın davam etdirilməsi üçün bir sıra vacib məsələlər, o cümlədən Konvensiya və onun protokolları çərçivəsində fəaliyyət istiqamətləri üzrə ümumi razılaşmalar əldə edilib.

Tədbir iştirakçıları tərəfindən dənizin ətraf mühitinin mühafizəsi və onun təbii ehtiyatlarından səmərəli istifadənin Xəzəryanı ölkələr üçün prioritet məsələ olduğu və bu sahədə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verildiyi bildirilib.

Mətbuat xidməti bildirir ki, konfransda Azərbaycan tərəfi Xəzər dənizinin ekoloji problemlərinin, o cümlədən dəniz səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlərin daha dərindən öyrənilməsi üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qrupunun yaradılmasını təklif edib.

Xatırladaq ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası 2003-cü il noyabrən 4-də Tehran şəhərində imzalanıb.

Mövzuya uyğun

XS
SM
MD
LG