Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi islahatlarla bağlı - Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikirlərinə münasibət bildirib. O həmçinin ölkədə siyasi idarəçiliklə bağlı islahatların vacibliyini qeyd edib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Azərbaycanda narahatlıqlara səbəb olub. Azərbaycan ictimaiyyəti bu müharibəni tənqidlərlə qarşılayıb. Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin səbəbləri və bu müharibənin regiona, o cümlədən Azərbaycana mümkün təsirlərindən danışıb.
Fevralın 25-də Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski brifinq keçirib. O, brifinqdə Ukraynada olan müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. Daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsi Azərbaycanda narahatlıqlara səbəb olub Azərbaycan ictimaiyyəti bu müharibəni birmənalı tənqidlərlə qarşılayıb. Turan İnformasiya Agentliyinin analitiki Fərid Qəhrəmanov deyir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qaçılmaz idi.
Daha çox yüklə